Modern.az

Sosial şəbəkə hesabı olan nazirlər - Ən çox izləyicisi olanlar KİMLƏRDİ...

Sosial şəbəkə hesabı olan nazirlər - Ən çox izləyicisi olanlar KİMLƏRDİ...

24 Yanvar 2025, 14:53

Bu gün dünyada əksər məmurlar, hətta dövlət başçıları sosial şəbəkələrdən istifadə edirlər. 

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın da sosial şəbəkə hesabları var.

Maraqlıdır, Azərbaycan Respublikası Nazirlər Kabinetinə daxil olan mərkəzi icra hakimiyyəti orqanlarının hansının rəhbəri sosial şəbəkə hesabına malikdir?
 

Modern.az bunu araşdırıb.
 

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev sosial şəbəkədə aktivdir. Onun  X və Facebook hesabları var. Naziri X-də 7425, Facebook-da isə 12203 nəfər izləyir.
 

Elm və təhsil naziri Emin Əmrullayev də sosial şəbəkədə olduqca fəaldır. Onun Facebook, İnstagram və X hesabları mövcuddur. Naziri Facebook-da 108.428, İnstagram-da 56,6 min, X-də isə 20 mindən çox adam  izləyir.
 

Gənclər və idman naziri Fərid Qayıbov sosial şəbəkələrdə paylaşımlar edən məmurlardandır. Onu Facebook-da 16842 nəfər, İnstagram-da isə 13,9 min nəfər izləyir. 
 

Energetika naziri Pərviz Şahbazovun X hesabı var, burada onu 2944 nəfər izləyir. 
 

Xarici işlər naziri Ceyhun Bayramov sosial şəbəkələrdə olduqca geniş izləyici kütləsinə malikdir. Belə ki, onu Facebook-da 58687 nəfər izləyir. X sosial şəbəkəsində isə nazirin izləyici sayı 189,1 min nəfərdir. 


İqtisadiyyat naziri Mikayıl Cabbarov da sosial şəbəkələrdə geniş izləyici auditoriyasına sahibdir. Onu Facebook-da 53720, X sosial şəbəkəsində isə 23,2 min nəfər izləyir. 


Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun X hesabını 479 nəfər izləyir.


Mədəniyyət naziri Adil Kərimlinin Facebook hesabı var və onun dostluq siyahısında 1286 nəfər var. Nazirin izləyicilərinin sayını görmək mümkün olmayıb.


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın Facebook, İnstagram və X hesabları var. Onu Facebook səhifəsini 10748, şəxsi hesabını 15517 İnstagram-da 764, X-də isə 2,010 nəfər izləyir.


Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov da sosial şəbəklərdən aktiv istifadə edən məmurlardandır. Onu Facebook-da 43.401, X hesabında isə 10000 nəfər izləyir.


Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin sədri Ramin Məmmədov Facebook-dan istifadə edir. Onu burada 7.460 nəfər izləyir.


Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin iki sosial şəbəkə hesabı - Facebook və X. Komitə sədrinin Facebook izləyicilərinin sayı 1771, X izləyicilərinin sayı isə 985 nəfərdir.


Dövlət Miqrasiya Xidmətinin sədri Vüsal Hüseynov Facebook-da 28909 izləyiciyə malikdir. Onun X-də 2.470 nəfər izləyicisi var.
 

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Facebook işlədir və burada onu 1458 nəfər izləyir.


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev həm Facebook, həm də X-də aktivdir. O keçirdiyi görüşlər, yeniliklər haqqında davamlı məlumat paylaşır.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI