Modern.az

Bakıda kafeyə basqın: dəmiri başına çırpıb, qarət etdi

Bakıda kafeyə basqın: dəmiri başına çırpıb, qarət etdi

24 Yanvar 2025, 14:10

Bakıda kafeyə basqın olub.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən xəbərə görə, hadisə yanvarın 23-də Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində baş verib.

Kafelərin birinə daxil olan naməlum şəxsin gözətçiyə dəmir parçası ilə xəsarət yetirərək onu quldurluq yolu ilə talaması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı R.Məhərrəmov müəyyən olunaraq saxlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI