Modern.az

Leyla Yunus haqqında yayılan xəbərə reaksiya verdi

Leyla Yunus haqqında yayılan xəbərə reaksiya verdi

15 Yanvar 2014, 15:44

Modern.az xəbər verir ki, Sülh və Demokratiya İnstitunun sədri Leyla Yunus gözünün amputasiya edilməsi barədə dünən yayılan xəbərə münasibət bildirib. O, Mirvari Qəhrəmanlıya göndərdiyi məktubda bildirib:

“Mənin necə göründüyümü, necə hərəkət etdiyimi başa salmalıyam, deməliyəm ki, mən hələ yaşayıram. Başa düşmürəm, bu sizin nəyinizə lazımdır? Bu Şəfiyeva kimdir ki, yəqin ki, belə adam ümumiyyətlə, yoxdur, bunu xüsusi xidmət orqanları onun adından yayıblar”.

Hazırda xaricdə olan Leyla Yunus tezliklə Bakıya qayıdacağını bildirib.

Dünən Aynur Şəfiyevanın adından mətbuata ötürükən xəbərdə Leyla Yunus yanvarın 12-də Türkiyənin İstanbul şəhərində yerləşən “Alman Hastanesi”nde cərrahiyyə əməliyyatına məruz qaldığı və onun sol göz bəbəyinin amputasiya edilərək, protez göz birləşdirildiyi bildirilmişdi.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB