Modern.az

Murad Dadaşovdan telekananallara İTTİHAM: “Xaricilər bizə gülürlər”

Murad Dadaşovdan telekananallara İTTİHAM: “Xaricilər bizə gülürlər”

Mədəniyyət

15 Yanvar 2014, 15:59


Dünya televiziyalarında verilişləri prodakşnlardan almaq artıq bir ənənəyə çevrilib. Efir sahibləri ayrı-ayrı prodakşnla müqavilə bağlayaraq müxtlif səpgidə verilişləri sifariş edirlər. Azərbaycanda isə TV şirkətlər az hallarda prodakşnlardan (production) veriliş satın alırlar. Telekanal rəhbərləri verilişləri daha çox şirkətin öz daxilində istehsal etməyə üstünlük verirlər.

Modern.az prodakşn rəhbərləri ilə sorğusunda bunun səbəblərini araşdırmağa çalışıb.

Murad Dadaşov: “Bu əslinə qalsa çox pis bir tendesiyadır” 

“M Group Production”ın rəhbəri Murad Dadaşovun sözlərinə görə, bütün dünyada telekanallar efir üçün verişiləri prodakşnlardan satın alırlar. “Azərbaycanda isə telekanallar prodakşnlara pul vermək istəmirlər. Bu bilirsiz nəyə oxşayır? Bir supermarket açılsın. Sonra deyirsən ki, “biz malları almayacağıq, özümüz istehsal edəcəyik. Xiyar, pomidoru, peçenyeni, konfeti özümüz istehsal edəcəyik”. Bu əslinə qalsa çox pis bir tendesiyadır. Belə bir şey olmur”.

M. Dadaşov bildirdi ki, qaydalara görə, bütün dünyada verilişləri prodakşnlardan pulla alırlar. Amma mili telekanallarımız maliyyə vəsaitlərinin olmamasından şikayətlənirlər: “Bizdə televiziyalar deyir ki, bizim pulumuz yoxdur, özümüz istehsal edəcəyik. Bütün dünya telekanalları yalnız informasiya, xəbər verilişlərini istehsal edir. Başqa verilişləri istehsal eləmir. Amma bizdə bir telekanal hər şeylə məşğul ola bilir. Onda inkişaf olmayacaq. Mən hansı dünya telekanalında oluramsa, kimə deyirimsə bizdə telekanallar verilişləri almır, bizə gülürlər”.

Oqtay Əliyev: “Heç bir kanalda verilişi alan yoxdur”.

“SOY production”un vitse-prezidenti Oqtay Əliyevin fikrincə, xarici ölkələrdə bu başqa cür formalaşıb.
“Türkiyə, Amerika, Rusiya və s. ölkələrdə verilişə görə pul ödəyirlər. Bu bizdə həm formalaşmayıb, həm də prodakşnların sayı azdır”. O. Əliyevin sözlərinə görə, digər tərəfdən televiziyaların prodakşnlardan alacağı verilişlərin pulunu ödəməyə maddi tərəfdən imkanları o səviyyədə deyil.
“Demək olar ki, heç bir kanalda verilişi alan yoxdur”.

Misranə Həsənzadə

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi