Azərbaycanda Avro-3 standartlarına keçmədən Avro-4 ekoloji standartları tətbiq ediləcək. Trend-in məlumatına görə, bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, standartların tətbiqinə bu il aprelin 1-dən başlanacaq. Bu həm idxal olunan, həm də ölkədə istehsal olunan avtomobillərə aiddir.
Rusiya istehsalı olan avtomobillər Avro-4 ekoloji standartlarına cavab verəcəyi halda ölkəyə idxal olunacaq.
1 aprel 2014-cü il tarixdən etibarən avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikası ərazisinə idxalı aşağıdakı cədvələ uyğun həyata keçiriləcək:
Nəqliyyat vasitəsinin mənşə ölkəsi | Nəqliyyat vasitəsinin buraxılış illəri |
Avropa İttifaqına daxil olan ölkələr (Almaniya, Böyük Britaniya, Belçika, Avstriya, Çexiya, Polşa, Niderland, İtaliya və s.) | 2005-ci ildən |
ABŞ | 2004-cü ildən |
Yaponiya | 2011-ci ildən |
Çin | 2011-ci ildən |
Koreya | 2006-cı ildən |
Türkiyə | 2009-cu ildən |
Modern.az