Modern.az

"Səbail" "Kəpəz"i məğlub etdi

"Səbail" "Kəpəz"i məğlub etdi

25 Yanvar 2025, 18:14

Misli Premyer Liqasının XX turunda “Səbail” evdə “Kəpəz”i məğlub edib.

 

Modern.az xəbər verir ki, "ASCO Arena"da keçirlən görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.

 

Bu qələbədən sonra xallarının sayını 15-ə yüksəldən Bakı komandası turnir cədvəlində 9-cu pilləyə yüksəlib. 14 xala malik “Kəpəz” isə yenidən sonuncu - 10-cu yerə düşüb.

 

Qeyd edək ki, XX turun ötən gün Şamaxıda baş tutan "Şamaxı" - "Zirə" matçında qonaqlar 2:1 hesablı qələbə qazanıb. Tura sabah "Araz-Naxçıvan" - "Neftçi" və "Qarabağ" - "Turan Tovuz" görüşü ilə yekun vurulacaq.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər