Modern.az

Ankarada beşmərtəbəli binada yanğın - Zəhərlənənlər var

Ankarada beşmərtəbəli binada yanğın - Zəhərlənənlər var

26 Yanvar 2025, 13:46

Türkiyənin paytaxtı Ankarada beşmərtəbəli binanın dördüncü mərtəbəsindəki mənzildə yanğın olub.

 

Modern.az “Haber Global”a istinadən xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlər gəlib və yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

 

Hadisə nəticəsində doqquz nəfər tüstüdən zəhərlənib. Onlar xəstəxanaya yerləşdiriblər.

 

İlkin ehtimala görə yanğına səbəb elektrik sistemindəki nasazlıq olub.

 

Araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü