Modern.az

Xaçmazda ağır qəza: ana və qızı xəsarət aldı

Xaçmazda ağır qəza: ana və qızı xəsarət aldı

Hadisə

26 Yanvar 2025, 23:43

Xaçmaz rayonunda yol qəzası zamanı ana və qızı xəsarət alıb.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, 2001-ci il təvəllüdlü A.Kərimova və onun anası 1971-ci il təvəllüdlü T. Əskərova işdən gələrkən onları Araz adlı şəxs maşınla vurub.

 

Yaralıların bildirdiyinə görə, Araz adlı şəxs bir neçə gün əvvəl onlara elçi gəlib və yox cavabı aldığına görə qəsdən bu hadisəni törədib.

 

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi