Modern.az

Sosial şəbəkələrdə əcnəbinin 17 min manatını ələ keçirdi

Sosial şəbəkələrdə əcnəbinin 17 min manatını ələ keçirdi

Aktual

27 Yanvar 2025, 17:42

Naxçıvanda polis sosial şəbəkələrdə dələduzluq edən şəxsi saxlayıb.

Modern.az Naxçıvan DİN-ə istinadən xəbər verir ki, Naxçıvanda polis əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində “TikTok" və “Instaqram” sosial şəbəkələrində kiber üsullarla 30-a yaxın vətəndaşın pul vəsaitlərini talayan əvvəllər də eyni əmələ görə məhkum olunmuş Toğrul Ağazadə saxlanılıb. Araşdırmalarla həmin şəxsin xarici ölkələrdən birinin vətəndaşının da etibarından sui-istifadə etməklə onun 17000 manatını dələduzluq yolu ilə əldə etdiyi aşkar olunub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

T.Ağazadənin əməllərindən zərər çəkmiş digər şəxslər varsa bu barədə "102” Xidməti Zəng Mərkəzinə və polis orqanlarına məlumat verə bilərlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...