Modern.az

Penitensiar xidmət işçilərinin maaşları 10 faiz ARTIRILDI

Penitensiar xidmət işçilərinin maaşları 10 faiz ARTIRILDI

Ölkə

27 Yanvar 2025, 17:50

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb.

Modern.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Bu Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi