Modern.az

"Azneft"də maşın yandı: sıxlıq yarandı

"Azneft"də maşın yandı: sıxlıq yarandı

27 Yanvar 2025, 20:07

Səbail rayonu, Neftçilər prospekti, “Azneft” dairəsində avtomobillərdən birində yanğın baş verib.

 

Bu barədə Modern.az-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

 

Ərazidə olan yol polisi əməkdaşları tərəfindən yanğın qısa zamanda söndürülüb.

 

Hazırda bu səbəbdən Yusif Səfərov küçəsi istiqamətində nəqliyyat sıxlığı müşahidə edilir. Sıxlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI