Modern.az

"Ajiotaj yaratmağa ehtiyac yoxdur" - Şahin Bağırovdan maaş AÇIQLAMASI

"Ajiotaj yaratmağa ehtiyac yoxdur" - Şahin Bağırovdan maaş AÇIQLAMASI

28 Yanvar 2025, 13:53

Son günlər sosial şəbəkələrdə gömrük əməkdaşlarının maaşlarının verilməməsi ilə bağlı məlumatlar yayılıb.

Modern.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları 3 aydır maaşlarını ala bilmədiklərini açıqlayıblar. 

Məsələ ilə bağlı Komitəsinin sədri Şahin Bağırov açıqlama verib. O, "gununsesi.info"ya açıqlamasında bu barədə suala aydınlıq gətirib.

“Bəzi texniki məsələlər var. Onlar həll olunduqdan sonra hamı maaşını alacaq. Burada ajiotaj yaratmağa ehtiyac yoxdur”, - Şahin Bağırov deyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi