Modern.az

Şahmat üzrə Azərbaycan çempionatlarının mükafat fondu açıqlandı

Şahmat üzrə Azərbaycan çempionatlarının mükafat fondu açıqlandı

28 Yanvar 2025, 17:44

Kişi və qadın şahmatçılar arasında keçiriləcək Azərbaycan çempionatlarının mükafat fondu müəyyənləşib.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Kişilərin yarışının mükafat fondu 90 min, qadınlarda isə 30 min manat təşkil edir.

Reqlamentə əsasən, kişilər arasında turnirin qalibi 20 min, qadınların yarışının çempionu 10 min manat qazanacaq.

Qeyd edək kİ, Azərbaycan çempionatının açılış mərasimi yanvarın 31-də keçiriləcək.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər