Modern.az

Milli Məclisin yaz sessiyasının ilk iclası fevralın 3-də olacaq

Milli Məclisin yaz sessiyasının ilk iclası fevralın 3-də olacaq

Parlament

16 Yanvar 2014, 12:43

Milli Məclisin yaz sessiyasını işıqlandırmaq istəyən jurnalistlərin akkreditasiya məktubları üçün vaxt yanvarın 15-də bitib. Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu Modern.az saytına açıqlamasında akkreditasiya məktublarının sonrakı 5 gün müddətində araşdırılacağını bildirib.

“Hazırda poçtda Milli Məclis Aparatı rəhbərinin adına yazılan məktublar var. Onlar da bizə daxil olduqdan sonra məktublara baxılacaq və nə qədər KİV-in müraciət etdiyini, onlardan neçəsinin qəzet, televiziya, radio, internet media olduğunu biləcəyik”.

Daxili Nizamnaməyə əsasən, Milli Məclisin ilk iclası fevralın 1-də olmalıdır. A.Təvəkküloğlu bildirib ki, həmin gün şənbə gününə düşdüyü üçün iclasın vaxtı dəyişdirilə bilər.

“Parlamentin ilk iclası bayram və istirahət günlərinə düşərsə, o zaman tarix növbəti günlərə salına bilər. Ona görə iclas həftənin 1-ci günü, fevralın 3-də keçirilə bilər. Lakin bununla bağlı hələlik qərar verilməyib”.

A. Təvəkküloğlu artıq dünəndən komitələrin öz işlərinə başladıqlarını bildirib. “Hazırda komitələr qanun layihələri üzərində işləyir, müzakirə edəcəyi və parlamentin yaz sessiyasına çıxarılacaq məsələləri müəyyənləşdirirlər və yaxın vaxtlarda komitələrin də iclasları başlayacaq”.

 

Aytən ƏLİYEVA 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...