Modern.az

Gömrük Komitəsində 3 aydır gecikən maaşlar VERİLDİ

Gömrük Komitəsində 3 aydır gecikən maaşlar VERİLDİ

30 Yanvar 2025, 10:00

Son günlər sosial şəbəkələrdə gömrük əməkdaşlarının maaşlarının verilməməsi ilə bağlı məlumatlar yayılıb. Belə ki, Dövlət Gömrük Komitəsinin (DGK) bəzi əməkdaşları 3 aydır maaşlarını ala bilmədiklərini açıqlayıblar. 

Məsələ ilə bağlı Komitəsinin sədri Şahin Bağırov da açıqlama verib. “Bəzi texniki məsələlər var. Onlar həll olunduqdan sonra hamı maaşını alacaq. Burada ajiotaj yaratmağa ehtiyac yoxdur”, - Şahin Bağırov deyib.

Modern.az maaşlarının verilib-verilməməsini aydınlaşdırmaq üçün Dövlət Gömrük Komitəsi ilə əlaqə saxlayıb.

Qurumun mətbuat katibi sorğumuza cavab olaraq maaşların verildiyini bildirib.

"Artıq həmin işçilərin hər birinin maaşları verilib",- açıqlamda deyilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi