Modern.az

Alyaskada güclü zəlzələ

Alyaskada güclü zəlzələ

30 Yanvar 2025, 10:48

ABŞ-nin Alyaska ştatında 5.8 bal gücündə zəlzələ olub.

Modern.az bu barədə ABŞ Geoloji xidmətinə istinadən məlumat verir (USGS).

Yeraltı təkanlar yerli vaxtla 04:40 (Bakı vaxtı ilə 08:40-da) qeydə alınıb. Seysmik hadisənin yeraltı ocağı 0,1 km dərinlikdə yerləşib. Dağıntılar və zərərçəkənlərin olması barədə məlumat yoxdur.

Xatırladaq ki, 30 yanvara keçən gecə Tayvanda da 5,2 bal gücündə zəlzələ baş vermişdi. Yanvarın 29-da isə Baykal gölü yaxınlığında (Bolşoe Qoloustnoe qəsəbəsi) 5.6 bal gücündə yeraltı təkan qeydə alınmışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi