Modern.az

Politoloq: “Partiyalar arası münaqişədə İsa Qəmbər və Əli Kərimli maraqlıdır”

Politoloq: “Partiyalar arası münaqişədə İsa Qəmbər və Əli Kərimli maraqlıdır”

Təhsil

16 Yanvar 2014, 14:46


“Partiyaların siravi üzvləri bu məsələyə anormal məsələ kimi baxdıqlarından mütəmadi istefalar baş verir. Cəmiyyətdə müxalifətə olan inam getdikcə azalır. Bu qarşıdurma birinci deyil ki. “Azadlıq”, SİDSUH kimi birliklər belə məsələlərə görə dağıldı”.

Bunu Modern.az-a politoloq Qabil Hüseynli AXCP-Müsavatda “savaşı”ndan danışarkən deyib. O bildirib ki, müxalifətin indiki liderləri insanları siyasi ambisiyalarına qurban verirlər: “Bu siyasi ambisiyalar ucbatından həm başçılıq etdikləri partiyalarının üzvlərinin taleyi üzərində oynanılır,  həm də bötüvlükdə xalqla bağlı onların üzərinə düşən missiyanın yerinə yetirirlməsində ciddi problem yaranır. Buna görə də xalq onlardan üz çevirməyə başlayır. Deyir, at mıxını çıxaranda, bir yerə vuranda, iki özünə vurur. Bunlar da elədirlər. Yəni, onlar xalqla aralarında olan uçurumu daha da dərinləşdirirlər”.

Politoloq AXCP və Müsavat arasındakı qarşıdurmada tutarlı fakt olmadığını deyib: “Müsavatın Milli Şuradan gedərkən göstərdiyi faktlar o qədər də tutarlı deyil. Eləcə də, AXCP-nin Müsavatı “mandat alveri”ndə ittiham etməsi ciddi faktlara söykənmir. Çünki hələ ortada bir şey yoxdur. Tərəflər qarşılarına ciddi hədəflər qoymuşdular, o hədəflərə çata bilmədilər, xalqa vədlər vermişdilər, yerinə yetirilmədi. Bunun hesabını xalqa vermək əvəzinə yeni planlar, hədəflər uydurub tapırlar. Halbuki, daha böyük hədəfləri dünən qurmuşdular, yerinə yetirə bilmədilər, indi də qarşılarına ondan kiçik hədəflər qoyublar. Əgər öz üzvlərini bu hədəflərə inandıra biləcəklərsə, onda insanlarımızın siyasi şüur səviyyəsindəki problemlərinə təəccüb etməyəcəm. Çünki onlar siyasi liderlərindən həm siyasi məğlubiyyətlər, həm də bu cür siyasi düşmənçilik və müxalifətdaxili dalğalanmalar üçün haqq-hesab tələb etməlidirlər. Bu baş vermirsə, deməli, siyasi təşkilatlardakı şəxslərdə də zombiləşmə prosesi gedir”.

Q.Hüseynli qeyd edib ki, partiyalar arası münaqişədə İsa Qəmbər və Əli Kərimli maraqlıdır: “Nə bir ağsaqqal var ki, bu məsələlərə “dur” desin, nə də siyasi lider var ki, bu işlərin ölkə siyasətinə nə qədər zərərli olduğunu anlatsın”.

İlkin

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB