Modern.az

Xocalıya növbəti köç olacaq - FOTO

Xocalıya növbəti köç olacaq - FOTO

30 Yanvar 2025, 12:55

Yanvarın 31-də Xocalı rayonunun Ballıca kəndinə növbəti köç baş tutacaq.

Modern.az xəbər verir ki, daha 23 ailədən ibarət 100 nəfər doğma yurda qayıdacaq. Kəndə köçəcək ailələrin siyahısı dəqiqləşdirilib.

Köç karvanı respublikanın müxtəlif şəhər və rayonlarında ağır şəraitdə müvəqqəti məskunlaşmış ailələrdən ibarət olacaq. Ballıca kəndində dövlət başçısının göstərişi əsasında keçmiş məcburi köçkünlərin bərpa edilən fərdi yaşayış evlərində məskunlaşması üçün bütün şərait yaradılıb.

Qeyd edək ki, bu günə qədər Xocalı rayonunun Ballıca kəndinə üç köç karvanı olub. Kənddə 68 ailə (373 nəfər) məskunlaşıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?