Modern.az

Niyazi Mehdi xəstəxanaya yerləşdirildi, əməliyyat olundu

Niyazi Mehdi xəstəxanaya yerləşdirildi, əməliyyat olundu

30 Yanvar 2025, 12:59

Tanınmış filosof, tənqidçi Niyazi Mehdi xəstəxanaya yerləşdirilib.

Modern.az xəbər verir ki, bu barədə APA-ya onun həyat yoldaşı Dilarə Mehdi məlumat verib.

O, Niyazi Mehdinin bir müddət əvvəl vəziyyətinin pisləşdiyini və xəstəxanaya yerləşdirildiyini bildirilib: “Ayağında qanqrena başladı. Həkimlərin məsləhətləşmələrindən sonra barmağının amputasiya edilməsi qərarı verildi. Əməliyyatdan sonra vəziyyəti nisbətən stabilləşib”.

Həyat yoldaşının hazırda reanimasiyada olduğunu deyən Dilarə Mehdi onun bu gün palataya köçürülməsinin gözlənildiyini bildirib.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal