Modern.az

Azərbaycanda koronavirusla bağlı saxta sayt yaradıldı - ALDANMAYIN!

Azərbaycanda koronavirusla bağlı saxta sayt yaradıldı - ALDANMAYIN!

30 Yanvar 2025, 14:48

Sosial şəbəkələrdə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən yaradıldığı iddia edilən sayt barədə xəbərlər yayılıb.

Modern.az-ın apardığı araşdırmaya görə, "koronavirusinfo.az" saytı dələduzluqla məşğul olan şəxslər tərəfindən yaradılıb.

Belə ki, Operativ Qərargah tərəfindən yaradılan sayt "koronavirus.az"dır. Digər domen istifadəçilərin bank kartları məlumatlarını oğurlamaq üçün istifadə edilir.

Son dövrlərdə onlarla oxşar dələduzluq hallarına rast gəlinib. Rəsmi qurumlar vətəndaşlara dəfələrlə bu barədə xəbərdarlıq edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi