Modern.az

Renat Dadaşov Türkiyə klubunun heyətindən kənarlaşdırıldı

Renat Dadaşov Türkiyə klubunun heyətindən kənarlaşdırıldı

İdman

30 Yanvar 2025, 18:00

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Türkiyənin "Ankaragücü" klubunun heyətindən kənarlaşdırılıb.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

25 yaşlı hücumçu komandanın baş məşqçisi Kamal Özdeşin istəyi ilə kollektivdən uzaqlaşdırılıb. O, paytaxt təmsilçisinin bazasında fərdi məşqlərlə kifayətlənir.

Qeyd edək ki, Renat Dadaşov ötən ilin yayında "Ankaragücü" klubuna keçib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər