Modern.az

Rəşad Nəbiyev pakistanlı nazirlə görüşdü

Rəşad Nəbiyev pakistanlı nazirlə görüşdü

30 Yanvar 2025, 20:11

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Pakistanın özəlləşdirmə, investisiya şurası və kommunikasiya üzrə federal naziri Abdul Alim Xan ilə görüşüb.

 

Modern.az xəbər verir ki, görüşdə iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

 

Pakistanda yol-nəqliyyat sahəsində həyata keçirilən infrastruktur layihələrində Azərbaycan tərəfinin iştirakı məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal