Modern.az

Təyyarə qəzasında sağ qalan YOXDUR

Təyyarə qəzasında sağ qalan YOXDUR

Dünya

30 Yanvar 2025, 22:03

“Potomak çayı üzərində hərbi helikopterlə sərnişin təyyarəsinin havada toqquşması nəticəsində baş vermiş qəzada sağ qalan yoxdur”.

Modern.az-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp keçirdiyi brifinqdə deyib.

O çıxışında öncə həlak olanları bir dəqiqəlik sükutla yad edib. Tramp çərşənbə gününün ABŞ xalqının, tarixinin qaranlıq və dözülməz bir gecəsi olduğunu deyib.

“İndi iş bərpa mərhələsinə keçib”,- deyə ABŞ Prezidenti əlavə edib.

Xatırladaq ki, ABŞ-da Virciniya ştatında Ronald Reyqan hava limanı yaxınlığında uçuş-enmə zolağına yaxınlaşan təyyarə helikopterlə toqquşub. “American Airlines” təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvünün olduğunu açıqlayıb. 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi