Modern.az

"Qarabağ" son oyunda da uduzdu

"Qarabağ" son oyunda da uduzdu

31 Yanvar 2025, 02:01

“Qarabağ” UEFA Avropa Liqasının əsas mərhələsində sonuncu oyununa çıxıb.

Modern.az xəbər verir ki, Azərbaycan çempionu VIII tur matçında Yunanıstanın “Olimpiakos” kollektivinin qonağı olub.

Pireydəki “Georgios Karaiskakis” stadionunda keçirilən görüş ev sahibinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları El Kaabi (2 qol) və Julian Byankon vurublar.

Qarşılaşmanı rumıniyalı FIFA referisi Radu Petresku idarə edib.

Aktivində 3 xalı olan “Qarabağ” turnirin əsas mərhələsini sonuncu - 36-cı pillədə başa vurub.

Yunanıstan təmsilçisi isə 15 xalla 7-ci olub və birbaşa 1/8 finala vəsiqə qazanıb.

***

UEFA Avropa Liqasının Liqa mərhələsinin VIII turunun "Olimpiakos" (Yunanıstan) - "Qarabağ" oyunu start götürüb.

 

Modern.az xəbər verir ki, qarşılaşma Georgios Karaiskakis stadionunda keçirilir.

 

Matçı rumıniyalı baş hakim Radu Petresku idarə edir.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər