Modern.az

Azərbaycan UEFA reytinqində 28-ci pillədə qərarlaşdı

Azərbaycan UEFA reytinqində 28-ci pillədə qərarlaşdı

31 Yanvar 2025, 09:14

Azərbaycan UEFA reytinqində 28-ci pillədə qərarlaşıb.

Modern.az-ın məlumatına görə, avrokuboklarda həftənin oyunlarından sonra ölkənin mövqeyində dəyişiklik olmayıb.

UEFA Avropa Liqasının Liqa mərhələsinin VIII turunda Yunanıstanda "Olimpiakos"a uduzan (0:3) "Qarabağ" Azərbaycanın (19.625) əmsalına fayda verə bilməyib.

Bolqarıstan (19.874) 27-ci, Sloveniya (18.343) 29-cudur.

Qeyd edək ki, 55 ölkənin yer aldığı siyahıya İngiltərə (106.624) başçılıq edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər