Modern.az

Ağcabədidə faciə: qumbara partladı, 5 nəfər öldü - YENİLƏNİB

Ağcabədidə faciə: qumbara partladı, 5 nəfər öldü - YENİLƏNİB

Hadisə

31 Yanvar 2025, 12:51

Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən parlayışın baş verməsinə dair rayon prokurorluğuna məlumat daxil olub. Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.

Modern.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq məlumat verilib.

Bildirilib ki, faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.

Əl qumbarası partlaması nəticəsində ölən və yaralananların kimliyi də məlum olub. Quliyeva Fatimə, Quliyev Bəhruz, Məmmədli Məhəmməd, Məmmədli Murad, Quliyev Şamil həlak olublar. Məmmədli Ülviyyə, Quliyeva Aysun, Quliyev Natiq isə yaralanıb.

***

12:43

Hindarx qəsəbəsində baş verən hadisənin bir sıra detalları məlum olub.

Modern.az-ın əldə etdiyi məlumata görə, azyaşlılar zibillikdən tapdıqları qumbaranı evə gətiriblər.

Uşaqlar evdə qumbara ilə oynayan zaman partlayış baş verib.

Partlayış Knyaz Məmmədova məxsus evdə olub. Hadisə nəticəsində həlak olanlar arasında azyaşlılar da var.

Əraziyə hüquq-mühafizə orqanları və təcili yardım göndərilib.

 

***

12:36

Ağcabədinin Hindarx qəsəbəsində əl qumbarası partlayıb.

Modern.az xəbər verir ki, hadisə nəticəsində 5 nəfərin öldüyü, 2 nəfərin yaralandığı bildirilir.

Ölən və yaralananların bir ailənin üzvləri olduğu qeyd olunur.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı