Modern.az

Şirvanda “kombi” oğruları həbs edildi

Şirvanda “kombi” oğruları həbs edildi

Aktual

31 Yanvar 2025, 12:30

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı şəhər ərazisində yerləşən iki fərdi evdən oğurluq edən Laçın Zeynalov və Əlizamin Əliyev saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, araşdırmalar zamanı həmin şəxslərin ümumi dəyəri 2400 manan olan 2 ədəd kombi aparatını oğurlayaraq dəyərindən ucuz qiymətə satdıqları müəyyən edilib. 

Faktla bağlı cinayət işi açılıb, L.Zeynalov və Ə.Əliyev barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım