Modern.az

Silahlı Qüvvələrimizin son on ildəki İTKILƏRİ - 670 nəfər - STATİSTİKA

Silahlı Qüvvələrimizin son on ildəki İTKILƏRİ - 670 nəfər - STATİSTİKA

Qarabağ

16 Yanvar 2014, 16:56


“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi bu gün Silahlıq Qüvvələrdəki itkilərlə bağlı mətbuat konfransı keçirib. Mərkəzin sədri Cəsur Sümərinli deyib ki, “Doktrina” JHAM-ın  Azərbaycan KİV-i və EİV üzərindən həyata keçirdiyi monitorinqin nəticələrinə görə, 2003-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələri ən azı 728 hərbi qulluqçusunu itirib. Onun 186 nəfəri döyüş (158 nəfəri erməni gülləsi, 28 nəfər mina və sursat partlayışı), 542 nəfəri isə qeyri-döyüş (8 nəfər əməliyyat tədbirləri, 106 nəfər intihar, 100 nəfər qəza, 135  nəfər qeyri-nizamnamə hərəkətləri, 88 nəfər bədbəxt hadisələr, 33 nəfər müəmmalı və naməlum hadisələr, 71 nəfər müxtəlif xəstəliklər və s.) itkiləridir. Ümumilikdə, 2003-2013-cü illərdə bu və digər səbəblərdən yaralanan və xəsarət alan hərbi qulluqçuların sayı 670 nəfərdən çoxdur.

2003-2013-cü illərdə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda dünyasını dəyişənlərin təxminən 647 nəfəri Müdafiə Nazirliyinin , 37 nəfəri Dövlət Sərhəd Xidmətinin, 30 nəfəri Daxili Qoşunların, 2 nəfəri Ədliyyə Nazirliyinin, 5 nəfəri Milli Təhlükəsizlik Nazirliyinin, 3 nəfəri Xüsusi Dövlət Mühafizə Xidmətinin, 2 nəfəri Səfərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçu, 2-si isə Fövqəladə Hallar Nazirliyinin (1 nəfər Naxçıvan FHN) hərbi qulluqçusudur.

Yaralanan və ya xəsarət alan hərbi qulluqçuların təxminən 592 nəfəri Müdafiə Nazirliyinin, 35 nəfər Dövlət Sərhəd Xidmətinin, 29 nəfəri Daxili Qoşunların, 4 nəfər Milli Təhlükəsizlik Nazirliyinin, 3 nəfəri Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin, 2 nəfəri Xüsusi Dövlət Mühafizə Xidmətinin, 2 nəfər Hərbi Prokurorluğun, 3 nəfərsə Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularıdır. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar.

İtkilərlə bağlı rəqəmlər KİV və EİV üzərindən aparılan monitorinq nəticəsində ortaya çıxıb. Təxmin olunan rəqəmlərə görə, 1994-cü ilin may ayından - Azərbaycanla Ermənistan arasında atəşkəs müqaviləsinin imzalanmasından bəri Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunun itkilərinin ümumi sayı 3700 nəfərdən artıqdır.


2003-2013-cü illərdə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda dünyasını dəyişənlərin müqayisəli göstəriciləri:

Səbəblər

2013

2012

2011

2010

2009

2008

2007

2006

2005

2004

2003

Cəmi

Qeyri nizamnamə hadisələri

10

19

17

16

18

10

15

6

4

10

10

135

İntiharlar

16

19

12

9

5

11

10

7

4

5

8

106

Avtomobil və təyyarə qəzalar

17

16

17

15

10

6

7

8

2

1

1

100

Bədbəxt hadisələr

9

8

17

1

7

14

5

12

3

7

5

88

Erməni gülləsi

11

16

13

16

8

18

16

12

22

10

16

158

Mina partlayışı

-

3

1

1

3

-

6

1

2

4

7

28

Xəstəliklər (zəhərlənmə)

14

14

12

7

8

7

1

1

-

-

7

71

Müəmmalı və ya naməlum ölümlər

3

1

9

5

4

3

2

1

2

-

3

33

əməliyyat tədbirləri zamanı

1

1

1

1

1

3

-

-

-

-

-

8

İtkilərin ümumi sayı

81

97

99

71

64

72

62

48

39

37

57

728

2003-2013-cü illərdə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda yaralanların (xəsarət alanlar)  müqayisəli göstəriciləri:

Səbəblər illər

2013

2012

2011

2010

2009

2008

2007

2006

2005

2004

2003

Cəm

Qeyri nizamnamə hadisələri

24

16

22

11

4

6

5

8

1

2

2

101

Intihara cəhd

8

2

5

4

1

1

-

1

1

-

-

23

Avtomobil və təyyarə qəzalar

49

37

38

41

11

29

41

7

1

6

-

260

Bədbəxt hadisələr

4

8

11

 

7

14

2

3

4

1

14

68

Erməni gülləsi

10

13

22

12

12

5

10

8

36

2

17

147

Mina (sursat) partlayışı

3

11

4

2

3

-

11

12

2

9

2

59

Xəstəliklər (zəhərlənmə)

-

1

-

-

-

-

-

-

-

-

-

1

Müəmmalı və ya naməlum ölümlər

1

-

-

1

-

-

-

-

-

-

-

2

əməliyyat tədbirləri zamanı

-

3

-

-

3

-

3

-

-

-

-

9

Yaralananların

(xəsarət alanlar) ümumi sayı

99

91

102

71

41

55

72

39

45

20

35

670

2013-cü ildə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 81 nəfər təşkil edib. 99 nəfər yaralanıb və ya xəsarət alıb. Müvafiq dövrdə dünyalarını dəyişənlərin 11-i döyüş (11 nəfər erməni gülləsi), 70-i isə qeyri-döyüş itkiləridir. Bundan başqa C.Naxçıvanski adına hərbi listeyin kursantı da naməlum səbəbdən dünyasını dəyişib (hərbi qulluqçu statusuna malik olmadığına görə siyahıda ayrıca qeyd olunur).

9 nəfər bədbəxt hadisədən (suda boğulma, yıxılma, tank altında qalma, yanma, elektrik cərəyanı vurma), 14 nəfər avtoqəzadan,  3 nəfər vertolyot qəzasından, 3 nəfər naməlum səbəbdən,  2 nəfər ehtiyatsızlıqdan, 3 nəfər mülki şəxs tərəfindən, 6 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 14 nəfər xəstəlikdən dünyasını dəyişib. 16 nəfər intihar edib (intiharların içərisində DSX-nın bir əsgərinin ölüm səbəbləri ilə bağlı rəsmi və qeyri-rəsmi informasiyalar arasında ziddiyyətlər var). Dünyasını dəyişənlərin 61-i Müdafiə Nazirliyinin, 6-ı Dövlət Sərhəd Xidmətinin, 10-u Daxili Qoşunların, 1-i XDMI-nin, 1-i Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, 2-i Fövqəladə Hallar Nazirliyinin (1 nəfər Naxçıvan FHN) hərbi qulluqçularıdır.

Yaralılara və xəsarət alanlara gəlincə (99 nəfər) onların 18-i qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 8-i intihara cəhddən, 6-sı mülki şəxslərlə davadan, 10-u erməni gülləsindən, 3 nəfər mina partlayışından, 1-i naməlum səbəbdən, 4-ü bədbəxt hadisədən (liftin şaxtasına yıxılma, yanğın, partlayış və s.), 49-u isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar. 70 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu,  8 nəfər Dövlət Sərhəd Xidmətinin, 20 nəfər Daxili Qoşunların, 1 nəfərsə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin mühafizə alayının hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu