Modern.az-ın məlumatına görə, Milli Şuranın bu gün keçirilən sessiyada çıxış edən Cəmil Həsənli deyib ki, Milli Şuradan baş verən son olaylardan sonra 129 üzvdən 91 nəfər qalıb. “Üzvlərin 6-sı həbsdə, 8-i isə xarici ölkədədir. Hazırda Milli Şuranın sessiyasında 59 nəfər iştirak edir. Çalışaq ki, sessiyanı 2 saat müddətində yekunlaşdıraq”.
Sonra çıxış edən “El” Hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev təklif edib ki, Rüstəm İbrahimbəyova liderlik statusunun verilməsi müzakirə olunsun: “Əvvəlcə onun fəxri sədrliyinə təzyiqlər olduğuna geri çəkildi. Bu, onun böyüklüyü idi”.
E. Quliyev qeyd edib ki, son zaman baş verən proseslər durdurdulmalıdır. “Buna görə də o məsələni bir də müzakirə edək”.
Milli Şuranın üzvü Mehriban Vəzir isə E. Quliyevin bu təklifinə etiraz edib: “Köhnə olaylara qayıtmağa ehtiyac yoxdur. Qaldığımız yerdən başlayaq”. Cəmil Həsənli isə deyib ki, Milli Şurada bir ənənə var. “Sessiyalararası vaxtda Milli Şuranı tərk edən qurumlarla bağlı məlumat verməliyik, biz bunu nəzərə alırıq. Müsavat Partiyası Rüstəm İbrahimbəyovun fəxri sədrliyinə etiraz edirdi. O partiya qurumla bağlı bir neçə məsələni əsas gətirərək getdi. İndi Rüstəm İbrahimbəyovun fəxri sədrliyini münasibət bildirməliyik. Bu məsələ səsə qoyulmalıdır. Rüstəm İbrahimbəyovun liderlik məsələsini də müzakirə etməyək. Yəqin ki, Eldəniz Quliyev də bununla razılaşar”.
İlkin Pirəli