Modern.az

Amerikadakı təyyarə qəzasının yeni GÖRÜNTÜLƏRİ

Amerikadakı təyyarə qəzasının yeni GÖRÜNTÜLƏRİ

31 Yanvar 2025, 15:46

Vaşinqtonda hərbi helikopterlə sərnişin təyyarəsinin toqquşduğu qəzanın yeni görüntüləri yayılıb. 

Modern.az xəbər verir ki, ölənlərin cəsədləri çaydan çıxarılır, sağ qalan tapılmayıb. 

Qeyd edək ki, ötən gün “American Airlines” şirkətinin təyyarəsi Vaşinqtonun Ronald Reyqan hava limanı ərazisində qəzaya uğrayıb.  

Aviaşirkət təyyarənin göyərtəsində 60 sərnişin və dörd ekipaj üzvünün olduğunu təsdiqləyib. Helikopterdə isə 3 hərbçinin olduğu məlumdur. Qəzadan sonra Potomak çayında axtarış-xilasetmə əməliyyatı başladılıb.  

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi