Modern.az

İlham Əliyev Fatih Birolu TƏLTİF ETDİ

İlham Əliyev Fatih Birolu TƏLTİF ETDİ

Ölkə

31 Yanvar 2025, 15:56

Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol “Dostluq” ordeni ilə təltif edilib.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamla F.Birol bu mükafata Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycan sədrliyinə və qlobal iqlim dəyişmələri üzrə irəli sürdüyü təşəbbüslərin təşviqinə verdiyi dəstəyə və səmərəli əməkdaşlığa görə layiq görülüb.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI