Modern.az

Gənclərə verilən Prezident Mükafatı bu MƏBLƏĞDƏDİR

Gənclərə verilən Prezident Mükafatı bu MƏBLƏĞDƏDİR

Ölkə

31 Yanvar 2025, 16:11

Prezident İlham Əliyev 2025-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 10 nəfərə 2025-ci il Gənclər üçün Prezident mükafatları verilib.

Bəs gənclərə verilən Prezident Mükafatı nə vaxt təsis olunub və nələrdən ibarətdir?

Modern.az-ın məlumatına görə, Gənclər üçün Prezident Mükafatı 2013-cü il iyulun 2-də təsis olunub.

Elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən gənclər üçün ildə bir dəfə verilən Prezident Mükafatının sayı 10 ədəddir.

Hər bir Prezident Mükafatı 10000 (on min) manat məbləğindədir.

Gənclər üçün Prezident Mükafatının diplomu, nişanı və həmin nişanın vəsiqəsi də var.

 

Mükafat birgə fəaliyyətə görə iki və daha artıq şəxsdən ibarət qrupa verilə bilər. Bu halda, pul mükafatı həmin şəxslər arasında bərabər bölünür, diplom, döş nişanı və həmin döş nişanının vəsiqəsi isə hər bir şəxsə ayrılıqda təqdim olunur.




A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI