Modern.az

Avropa müşahidəçiləri bu dəfə Qazaxla sərhəddə - ANBAAN GÖRÜNTÜLƏR

Avropa müşahidəçiləri bu dəfə Qazaxla sərhəddə - ANBAAN GÖRÜNTÜLƏR

Ölkə

31 Yanvar 2025, 17:36

Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyası Azərbaycanın Qazax rayonu ilə həmsərhəd əraziyə gələrək, müşahidə aparıblar.

Modern.az APA-ya istinadən xəbər verir ki, bir neçə maşında gələn avropalı müşahidəçilər bu dəfə də binoklla ətrafı, o cümlədən Azərbaycan ərazilərini izləyiblər.

Müşahidə Missiyasının hərəkətləri Azərbaycan sərhədçilərinin nəzarətindən yayınmayıb.

Azərbaycan sərhədçiləri onların həm avtomobil, həm də piyada hərəkətlərini müşahidə altında saxlayıblar.

Qeyd edək ki, Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhədindəki 200 nəfərlik müşahidə missiyasının mandatı daha iki il - 19 fevral 2027-ci ilədək uzadıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI