“Hakimiyyətin təzyiqləri nəticəsində Müsavat Partiyası Milli Şuradan qoparıldı. Azərbaycan cəmiyyəti bunu ifşa etdi. Onlar gedəndə müxalifətçi kimi getmədilər. Müsavat artıq müxalifət adını itirdi”.
Modern.az-ın məlumatına görə, bunu Milli Şuranın bugünkü sessiyasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib. O, qeyd edib ki, bundan sonra Milli Şura ilə bağlı yeniliklər etmək lazımdır: “Əsas Koordinasiya Şurası formalaşdırılmalıdır. Şura sessiyalararası dövrdə Milli Şura ilə bağlı işlər görməli və sessiyada hesabat verməlidir”.
Daha sonra çıxış edən Milli Şura üzvü Vidadi Mirkamal ziyalıların qurumdan uzaqlaşdığını bildirib: "Müxalifət son bir ay ərzində çox ciddi zərbələr aldı. Hakimiyyət qalıb kənarda müxalifət bir-birini didir. Artıq bizdən iyrənirlər. Ziyalılarla söhbətimdə bunların şahidi oluram. Bu mübahisələr, təhqirlər dayandırılmalıdır. Fərqi yoxdur ki, mübahisəni kim yaradır”.
İlkin PİRƏLİ