Modern.az

"Neftçi"dən inamlı qələbə

"Neftçi"dən inamlı qələbə

31 Yanvar 2025, 20:33

Misli Premyer Liqasında XXI turun növbəti oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, “Neftçi” doğma meydanda “Şamaxı” ilə qarşılaşıb. “Neftçi Arena”dakı oyun "ağ-qaralar"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Yeganə qolu 45+4-cü dəqiqədə penaltidən Emin Mahmudov vurub.

 

Bu nəticədən sonra xallarını 21-ə çatdıran "Neftçi" 7-ci pillədə qərarlaşıb. 17 xalı olan “Şamaxı” isə 9-cu sıraya geriləyib.

 

Qeyd edək ki, turun açılış oyununda “Kəpəz” Tovuzda “Sabah”ı 3:2 hesabı ilə məğlub edib. XXI tura fevralın 2-də yekun vurulacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər