Modern.az

Gənc sahibkarların fəaliyyətini stimullaşdırmaq prioritetlərimizdəndir - NAZİR

Gənc sahibkarların fəaliyyətini stimullaşdırmaq prioritetlərimizdəndir - NAZİR

Aktual

2 Fevral 2025, 11:44

İqtisadiyyat naziri Mikayıl Cabbarov 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibəti ilə gəncləri təbrik edib.

 

Modern.az xəbər verir ki, bu barədə nazir "X" səhifəsində paylaşım edib.

 

"Azərbaycan gənclərinin yüksəlişi, ölkəmizin tərəqqisində, beynəlxalq müstəvilərdə təmsil edilməsində fəal iştirakı və uğurları qürurvericidir. Gənc nəslin davamlı inkişafını dəstəkləmək, gənc sahibkarların fəaliyyətini stimullaşdırmaq mühüm prioritetlərimizdəndir. 2 fevral - Azərbaycan Gənclər Günü münasibətilə bütün gənclərimizi təbrik edir, möhkəm cansağlığı və yeni nailiyyətlər arzulayırıq", - paylaşımda qeyd olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal