Modern.az

Azərbaycan Texniki Universitetindəki faciə: 1 ölü, 1 yaralı

Azərbaycan Texniki Universitetindəki faciə: 1 ölü, 1 yaralı

17 Yanvar 2014, 10:28
Azərbaycan Texniki Universitetində bədbəxt hadisə baş verib. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə universitetin ikinci korpusunda qeydə alınıb. Universitetdə təmir işləri aparan zaman binanın üçüncü mərtəbəsinin eyvanı uçub.
 
Nəticədə orada tikinti işləri aparan “AZİNFORT MMC” şirkətinin fəhlələri - 1973-cü il təvəllüdlü Masallı rayon sakini Daşqın Çərkəz oğlu Vəliyev hadisə yerində dünyasını dəyişib, 1975-ci il təvəllüdlü Oqtay Sərbaz oğlu Məmmədov isə ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB