Modern.az

Şahmar Əkbərzadə və Xudu Məmmədov adına beynəlxalq mükafatların yeni laureatları

Şahmar Əkbərzadə və Xudu Məmmədov adına beynəlxalq mükafatların yeni laureatları

17 Yanvar 2014, 10:38

“Vektor” Beynəlxalq Elm Mərkəzi 13 ildir ki, ənənəvi olaraq hər ilin ədəbi yekunlarına görə yerli və xarici yazarlara Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı və Xudu Məmmədov adına Beynəlxalq mükafat təqdim edir.

Hər il laureatların kitabları  “Vektor” tərəfindən yayınlanaraq oxuculara hədiyyə olunur.

Modern.az xəbər verir ki, bu günlərdə ötən ilki laureatlardan Hasan Ahmet (Yunanıstan), Paşa Qəlbinur və Narıngülün  kitabları oxuculara hədiyyə ediləcək.

Mükafat komissiyasının qərarı ilə 2013-ci ilin nəticələrinə görə Xasiyyət Rüstəm (Özbəkistan), xalq şairi Nəriman Həsənzadə, şair Adil Mirseyid və gənc yazar Pərvin Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatına  layiq görülüblər.

İndiyədək Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı xarici ölkə şairlərindən Yavuz Bülənt Bakilər (Türkiyə), Muxtar Şahanov (Qazaxıstan), Nadırbek Alımbekov (Qırğızıstan), Sergey Qrabar (Ukrayna), Əli Daşqın (Güney Azərbaycan), Orhan Aras (Almaniya), Branko Svetkoski (Makedoniya), Azərbaycan şairlərindən Akif Səməd, Qulu Ağsəs, Zəlimxan Yaqub,  Çingiz Əlioğlu, Rəşad Məcid, Sabir Rüstəmxanlı, Əlisəmid Kür, Tofiq Abdin, Vaqif Bəhmənli, Paşa Qəlbinur və digər şairlərə təqdim olunub.

Xudu Məmmədov adına Beynəlxalq mükafat AMEA-nın müxbir üzvü, Əməkdar müəllim, kimya elmləri doktoru, professor Vaqif Abbasova  təqdim edilib.

Xatırladaq ki, əvvəlki illərdə Bəxtiyar Vahabzadə, Bəkir Nəbiyev, Ənvər Əhməd və Vasim Məmmədəliyev Xudu Məmmədov adına Beynəlxalq mükafata layiq görülüblər.

Modern.az

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB