Görüş zamanı tərəflər arasında əlaqələrin genişləndirilərək kənd təsərrüfatı sahəsində də əməkdaşlığı əhatə etməsi imkanları müzakirə edilib. Nazir ölkəmizdə aqrar sahədə peşə hazırlığının gücləndirilməsinə ehtiyacın olduğunu və bu sahədə Almaniya təcrübəsinin Azərbaycanda tətbiqinin faydalı ola biləcəyini vurğulayıb. Forumun sədri bu sahədə ölkəmizə dəstək verməyə hazır olduğunu və tezliklə bu məsələyə dair layihə hazırlanacağını bildirib. Daha sonra nazir Heydər Əsədov beynəlxalq Yaşıl Həftə sərgisinin və Ərzaq və Kənd Təsərrüfatı üzrə Qlobal Forumun açılış tədbirində iştirak edib.
Açılış tədbirindən sonra Heydər Əsədov Almaniya Federativ Respublikasının ərzaq və kənd təsərrüfatı naziri Hans Peter Fridrix ilə görüşərək iki ölkə arasında aqrar sahədə əməkdaşlıq əlaqələrini daha yaxından müzakirə etmək məqsədilə almaniyalı həmkarını ölkəmizə dəvət edib.
Modern.az