Modern.az

Sabirabad məktəbində YANĞIN

Sabirabad məktəbində YANĞIN

Hadisə

3 Fevral 2025, 11:33

Sabirabad rayonunda məktəb binasında yanğın baş verib.

Modern.az-ın məlumatına görə, hadisə Məmməd Tağıyev adına Kovlar kənd tam orta məktəbində qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

Məsələ ilə Mil-Muğan Regional Təhsil İdarəsindən Modern.az-a bildirilib ki, hadisə elektrik naqillərinin paylanma qutusunda qısaqapanma nəticəsində baş verib. 

"Təhsil müəssisəsinin işçi heyəti və şagirdlər təhlükəsiz yerə təxliyyə ediliblər, FHN-in yerli bölməsinə məlumat verilib. Görülmüş tədbirlər nəticəsində yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb", - açıqlamada qeyd olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi