Modern.az

Ukrayna və Rusiya ilə danışıqlarımız planlaşdırılır - Tramp

Ukrayna və Rusiya ilə danışıqlarımız planlaşdırılır - Tramp

Dünya

3 Fevral 2025, 12:44

ABŞ hökuməti Rusiya və Ukrayna ilə görüşlər və təmaslar planlaşdırıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri bazasında bildirib.

“Çox gərgin həftə sonu keçirdik. Biz İsraillə məşğuluq. Biz Ukrayna və Rusiya ilə məşğul oluruq. Müxtəlif tərəflərlə, o cümlədən Ukrayna və Rusiya ilə görüşlərimiz, danışıqlarımız planlaşdırılır. Və hesab edirəm ki, bu müzakirələr kifayət qədər yaxşı gedir”, - deyə o bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu