Modern.az

Pirallahıda hesabat verildi

Pirallahıda hesabat verildi

17 Yanvar 2014, 12:24

Modern.az xəbər veri ki, Pirallahı qəsəbəsindəki Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin akt zalında Pirallahı  rayon İcra Hakimiyyəti başçısının Pirallahı qəsəbə nümayəndəliyinin 2013-cü ilin yekunlarına həsr olunmuş və Pirallahı rayonunun rəhbərliyi, təsərrüfat xidmətlərinin rəhbərləri, təhsil işçiləri, iş adamları, ziyalılar, Ağsaqqallar Şurasının üzvləri, Gürgan-Pirallahı Bələdiyyəsinin üzvləri, eləcə də qəsəbə sakinlərinin iştirakı ilə keçirilən hesabatında il ərzində qəsəbədə görülmüş işlərdən söz açılıb, qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları müzakirə olunub və 2014-cü il üçün konkret tədbirlər müəyyənləşdirlib.

Hesabat məruzəsi ilə çıxış edən Pirallahı rayon İcra Hakimiyyəti başçısının Pirallahı qəsəbəsi üzrə nümayəndəsi Heydər Vəliyev bildirib ki, ötən il Dövlət Proqramına əsasən tam əsaslı təmirə dayanmış 10 saylı Birləşmiş Şəhər Xəstəxanası əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilib. Yenə də Dövlət Proqramına uyğun olaraq 168 N-li tam orta məktəbin əsaslı təmirinə başlanılıb. “Nümunəvi məhəllə” layihəsi uğurla davam etdirilmiş və ilk belə həyətlərdən biri 29-cu məhəllənin əhatə etdiyi ərazidə yaradılıb. S.Bağırov küçəsində və 28-ci məhəllədə yerləşən “xeyir-şər” evləri əsaslı təmir olunaraq qəsəbə sakinlərinin istifadəsinə verilib. 29-cu  və 40-cı məhəllədəki “xeyir-şər” evləri yenidən qurularaq, eləcə də Kamil Rzayev küçəsindəki tikintisi yarımçıq qalmış “xeyir-şər” evi yenidən tikilərək sakinlərin istifadəsinə verilməsi üçün  son tamamlama işlər görülür. Məhəllə arası yollara asfalt döşənmiş, yeni işıqlanma sistemi yaradılmış, yaşıllıq zolaqları salınmış, ağaclar əkilib. Binalar arasında sakinlər  üçün  istirahət köşkləri, uşaqlar üçün attraksionlar quraşdırılıb. Mütəmadi olaraq Mənzil İstismar Sahəsinin və Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşlarının köməyi ilə qəsəbənin mərkəzi yolunda, daxili küçələrində sanitar-təmizlik işləri həyata keçirilib. Piallahı rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin rəisi Vəzir Səfixanov Prezidenti İlham  Əliyev tərəfindən Bakı şəhərinin qəsəbələrinə göstərilən diqqət və qayğıdan, gələcəkdə Pirallahı qəsəbəsinin daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görülməli olan işlərdən danışıb. V.Səfixanov  keçən il dövlət başçısının Fərmanı ilə yaradılmış rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat verib. Bildirib ki, RİH tərəfindən görülən işlərdən əlavə “Nümunəvi məhəllə” layihəsi çərsivəsində digər məhəllələr də abadlaşdırılacaq, məhəllədaxili yollar təmir olunacaq, qəsəbədə yeni inzibati binalar və sosial yönümlü obyektlər inşa ediləcəkdir. Ən əsası isə qəsəbənin su və kanalizasiya şəbəkələrinin yenidənqurulması işləri həyata keçiriləcək, istilik sisteminin bərpası başa çatdırılacaqdır.

Sonda dinlənilən hesabata iştirakçılar tərəfindən münasibət bildirilib və toplantının qərarı ilə Pirallahı rayon İcra Hakimiyyəti başçısının Pirallahı qəsəbəsindəki nümayəndəliyinin 2013-cü ildə gördüyü işlər, hesabat nəzərə alınaraq, qənaətbəxş hesab olunub. 

 

 

 

Modern.az

   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB