Modern.az

“QHT-lərin qeydiyyatının sadələşdirilməsi üçün məsləhətləşmələr aparılır” - Rəsmi AÇIQLAMA

“QHT-lərin qeydiyyatının sadələşdirilməsi üçün məsləhətləşmələr aparılır” - Rəsmi AÇIQLAMA

Qarabağ

17 Yanvar 2014, 12:42

Son illər Azərbaycanda qeyri-hökumət təşkilatlarının (QHT) qeydiyyat məsələsi çətinləşib. Bunula bağlı müvafiq tədbirlər görülsə də, məsələ hələ ki həll olunmur. Bölgələrdə də QHT-in qeydiyyat prosesi uzanır.

Hətta problemlə bağlı Avropa Məhkəməsinə də şikayətlər edilir.

Azərbaycan Respublikası Prezidenti yanında QHT-rə Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Modern.az-a açıqlamasında hazırda xarici təcrübənin öyrənilməsinə üstünlük verildiyini deyib: “QHT-lərin qeydiyyatının sadələşdirilməsi üçün atılan addımlar zamanı ilk növbədə xarici təcrübənin öyrənilməsinə üstünlük veririk. Xarici təcrübə öyrənildikdən sonra təkliflər hazırlamaq olar. Hər halda, hazırlanacaq bütün təkliflər ölkənin qanunvericiliyinə uyğun olmalı, qanunvericiliyin tələblərini pozmamalıdır. Qeydiyyatla bağlı indiki qanunvericilikdəki tələblərə baxanda hər hansı bir çətinlik yaranmamalıdır. Vaxtaşırı QHT-lərin qeydiyyatının sadələşdirilməsi ilə bağlı tədbirlər görülüb”

Fərasət Qurbanovun fikrincə, bu məsələdə QHT-in də üzərinə məsuliyyət düşür: “Bəzən QHT-lərin özlərindən də məsələyə daha doğru yanaşma tələb olunur. Sənədləri tərtib edərkən qanunun tələblərinə əməl etmək lazımdır. QHT özünün fəaliyyət dairəsinin çərçivəsini müəyyənləşdirdikdə qanuna əməl etməlidir. Bu səbəbdən də burda birmənalı olaraq təkcə qeyri- dövlət qurumlarının deyil, QHT-lərin özlərinin də məsuliyyətini unutmaq olmaz. Bütün bunlara baxmayaraq, biz qeydiyyatın sadələşdirilməsinin tərəfdarıyıq. Sadələşdirilmənin həyata keçirlməsi üçün müxtəlif qurumlarla məsləhətləşmələr aparırıq”.

QHT-lərin regionlarda qeydə alınması məsələsinə toxunan icraçı direktoru deyib ki, bu məsələ hökumət tərəfindən də təklif kimi səsləndirilib. Təklifdə qeyd edilir ki, Ədliyyə Nazirliyinin regional idarələrində region qeyri-hökümət təşkilatlarının qeydiyyatı aparılsın. Region təşkilatlarının Bakıya gəlişinin qarşısı alınsın. Bununla da müəyyən qədər qeydiyyat sisteminin sadələşdirilməsində region təşkilatlarının əlavə əziyyət çəkməsinin qarşısı alınar. Ümid edirik ki növbəti illərdə bu məsələlər bir daha gündəmə gələcək və öz müsbət həllini tapacaq”.

Hüquqşünas Rəşid Hacılı isə deyib ki, QHT-lərin qeydə alınmaması müəyyən şikayətlərin yaranmasına gətirib çıxarır: “Burada problem məsələ 5-10 nəfərlə bağlı deyil, kütləvidir. Ona görə də kütləvi şikayətlər olur. Hətta kütləvi olaraq Avropa Məhkəməsinə şikayət edirlər. Avropa Məhkəməsinin müvafiq qərarları da olur. Buna baxmayaraq, süründürməçilik davam edir. Bu, siyasi məsələdir  Siyasi bir qərara olmalıdır ki, QHT-i mümkün qədər qeydiyyata alsınlar. Gürcüstanda hər rayonda qeydiyyat məsələsini məhkəmələr həll edir. Məhkəmə sədri sənədləri reyestrə salır. Qeydiyyat 3 günə başa gəlir. Bizdə isə bu cür süründürməçiliyə görə Avropa Məhkəməsinə onlarla şikayət daxil olur. İnsanlar nəinki rayon məhkəmələrinə, Apelyasiya Məhkəməsinə, hətta Ali Məhkəməyə şikayət edirlər”.

Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu