Modern.az

Bağlanmış 2 bankın əmlakı hərraca ÇIXARILDI

Bağlanmış 2 bankın əmlakı hərraca ÇIXARILDI

Aktual

4 Fevral 2025, 10:36

Fevralın 6-da "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "Zamin Bank" və "Atabank" ASC-lərin daşınmaz əmlaklarının satışı üzrə hərraclar keçiriləcək.

Modern.az xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

Söhbət "Zamin Bank"a məxsus Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, ev 11 ünvanındakı dəyəri 53 min manat olan 41,4 kv.metrlik mənzildən və "Atabank"a məxsus Şirvan şəhəri, Heydər Əliyev prospektindəki dəyəri 430 min manat olan 275,7 kv.metrlik əsas, 39 kv.metrlik köməkçi sahədən ibarət qeyri-yaşayış binasından gedir.

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal