“Məmurların maliyyə bəyannaməsi ilə bağlı sənəd Nazirlər Kabınetindədir. Hələ ki, hökumətdən bununla bağlı heç bir cavab yoxdur”. Bunu Modern.az-a açıqlamasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Komissiyasının katibi Vüsal Hüseynov deyib.
Qeyd edək ki, dövlət qulluqçularının maliyyə hesabatı verməsi və korrupsiya ilə mübarizəyə dair dövlət başçısının bir neçə fərman və sərəncamı mövcuddur. Vergilər Nazirliyi bununla bağlı məmurlara aid xüsusi maliyyə hesabatı bəyannaməsinin xüsusi forması hazırlanıb. Bu sənəd artıq bir neçə ildir ki, baxılma və təsdiqlənmə üçün Nazirlər Kabinetinə təqdim olunub.
Gültəkin Ələsgər