Modern.az

Fəzail Ağamalı: “Deputat sayının artırılması Milli Məclisdə müzakirə oluna bilər”

Fəzail Ağamalı: “Deputat sayının artırılması Milli Məclisdə müzakirə oluna bilər”

17 Yanvar 2014, 13:05


Azərbaycanda ildən-ilə seçkilərdə iştirak edə biləcək seçicilərin sayı artır. Belə olan təqdirdə Milli Məclis deputatlarının sayının artırılması da gündəmə gələ bilər. Məsələ barədə Modern.az saytına danışan Ana Vətən Partiyasının sədri, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı seçicilərin sayının artmasının deputat yerlərinin sayının çoxalmasını zəruri etdiyini vurğulayıb. Onun sözlərinə görə, deputatların sayının artırılması mümkündür:

“Bununla yanaşı, qarışıq seçki sistemi ilə parlament seçkilərini keçirsəydik, daha faydalı olardı. Bunun üçün ilk növbədə Konstitusiyaya dəyişiklik olmalıdır. Qarışıq seçki sisteminin tətbiqi və deputat yerlərinin artırılması məsələsi gündəmə gələ bilər”.

Komitə üzvü qeyd edib ki, məsələ getdikcə daha da aktuallaşmalıdır. Onun fikrincə, məsələnin reallaşmasına ilə bağlı yanaşmalar fərqlidir: “Gələcəkdə məsələnin həlli sırf hüquqşünasların yanaşmasını tələb edəcək. Əsas odur ki, konseptual baxımından məsələ gündəmə gəlməklə bərabər konkret real addımlar atılsın. Deputat sayının nə qədər artırılması isə məsələnin detallarıdır. Rəqəmlər  bütün prosedurlar nəzərə alınandan sonra bəlli olacaq”.

Fəzail Ağamalının dediyinə görə, parlamentdə yaxın zamanlarda deputat saylarının artırılması məsələsinin  gündəliyə salınması istisna olunmur.

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB