Modern.az

Anar AYB üzvlərinin yeni siyahısını hazırlayır

Anar AYB üzvlərinin yeni siyahısını hazırlayır

17 Yanvar 2014, 13:09

 Azərbaycan Yazıçılar  Birliyində  mart ayının sonu aprelin əvvəllərində baş tutacaq qurultay öncəsi iş mexanizmi sürətlənib. Belə ki, birliyin məsul katibi Nazim İbrahimovun Modern.az saytına verdiyi məlumata görə, hazırda üzvlərin siyahısı yenidən tutulur. Qurumun sədri xalq yazıçısı Anarın təklifi ilə başlanan  iş əsasən şair, yazıçı, publisist və ədəbi tənqidçilərin dəqiq sayının  öyrənilməsi məqsədilə  həyata keçirilir. Nazim İbrahimov quurltay haqqında danışmağın tez olduğunu bildirsə də, siyahıya alınma  barədə məlumat verib:
“Bundan sonra biz nə qədər şair yazıçı,  publisistimizin olmasını dəqiq biləcəyik. Bu sayların azalıb-artmasına təsir etməyəcək. Sadəcə biz dəqiqlik üçün bunu edirik. Nə qədər gənc, cavan , yaşlı yazıçılarımızın olmasına aydınlıq gələcək. Bunların hamısı analiz olunmalıdır. Çünki burada çox şey bir-birinə qarışıb.Amma bundan sonra əlimizdə yaxşı siyahı olacaq”

 

Elmin Nuri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB