Modern.az

AFFA rəsmisi “Fənərbağça”nın oyununda

AFFA rəsmisi “Fənərbağça”nın oyununda

İdman

4 Fevral 2025, 18:46

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən növbəti təyinat alıb.

 

Modern.az xəbər verir ki, o, UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Fənərbağça” (Türkiyə) – “Anderlext” (Belçika) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.

 

Qarşılaşma fevralın 13-də İstanbulda yerləşən “Şükrü Saracoğlu” stadionunda baş tutacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular