Modern.az

Eldəniz Quliyev: “Sovet professoru danışığında siyasi etika həddini keçməməlidir” - İTTİHAM

Eldəniz Quliyev: “Sovet professoru danışığında  siyasi etika həddini keçməməlidir” - İTTİHAM

17 Yanvar 2014, 13:35

“El” Hərəkatının Milli Şuradan uzaqlaşması deyil, yaxınlaşması nəzərə çarpır. Bilirsiniz ki, Koordinasiya Şurasında hərəkatın 3 üzvü təmsil olunur. İstefa verən hərəkat üzvləri ilə söhbət etməmişəm. Köçəri Nağıbəylinin istefası gözlənilən idi, Rahim Bağırov haqqında isə heç nə deyə bilmərəm. “El” üzvləri həm Milli Şuranın, həm də hərəkatın inkişafında maraqlıdırlar”.

Bunu Modern.az-a açıqlamasında “El” Hərəkatının Ali Məclisinin sədri, Milli Şuranın Koordinasiya Şurasının üzvü Eldəniz Quliyev söyləyib. O deyib ki, hərəkat qurultaya hazırlaşır: “Ona görə də əsas qüvvələrimiz “El”in təşkilatlanmasına yönəlib. Eldar Namazov yaydığı bəyanatda da bildirib ki, hər iki təşkilatın inkişafına çalışırlar, amma “El”lə daha ciddi məşğul olmaq lazımdır. Hərəkat yarananda ciddi rezonans doğurdu, ona görə də istəmirik ki, fəaliyyəti dondurulsun”.

E.Quliyev “Azəri-Talış” Birliyinin sədri Mehdibəy Səfərovun Vahid Azərbaycan Milli Birlik Partiyasının “(VAMBP) sədri Hacıbaba Əzimov arasında yaranmış qalmaqala da münasibət bildirib: “Mehdibəy Səfərov Milli Şuranın yeganə üzvüdür ki, milli azlıqları təmsil edir. Təkcə talışları deyil, başqa milli azlıqlar da buraya daxildir. Ona görə də onun sözünü qəribçiliyə salmaq lazım deyil. Milli azlıqların mənafeyi ilə mütəmadi oynayan Hacıbaba Əzimova qarşı Mehdibəy Səfərovun münasibəti təbiidir. Bunu bu cür qəbul etmək lazımdır. Bu, çox həssas, kövrək məsələdir. Sovet professoru bunu nəzərə almalıdır və danışığında  siyasi etika həddini keçməməlidir”.

İlkin

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB