Modern.az

Dəm qazından zəhərlənənlər hərbçi imiş: vəziyyətləri AÇIQLANDI

Dəm qazından zəhərlənənlər hərbçi imiş: vəziyyətləri AÇIQLANDI

5 Fevral 2025, 12:07

05.02.2025-ci il tarixində saat 00:30 radələrində Ağstafa rayonu Hüseyn Arif küçəsi ərazisindən dəm qazından zəhərlənmə şübhəsi ilə 3 nəfər (kişi cinsli) Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

1995, 2002 və 2004-cü il təvəllüdlü şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. 

Vəziyyətləri stabil qiymətləndirilir. Müalicələri xəstəxananın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir.

Qeyd edək ki, "unikal" saytı zəhərlənən şəxslərin hərbçi olduğunu yazıb.

***

09:00

Ağstafada zəhərlənmə faktı qeydə alınıb.

Modern.az xəbər verir ki, hadisə Ağstafa şəhərinin Hüseyn Arif küçəsində baş verib. Belə ki, 3 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.

Məlumata görə, hər üç şəxs yaşadığı evdə dəm qazından zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı